|
III bölmə
Əxlaq və dini-əxlaqi normalar
Əxlaq
İslam peyğəmbəri (s) həzrət Məhəmməd
(s) özünün həmişəyaşar kəlamı ilə (Həqiqətən, gözəl əxlaqi
normaları təkmilləşdirmək üçün məbus oldum) peyğəmbərliyinin
başlıca məqsədini açıqladı. Qurani-kərim İslam peyğəmbərini
(s) mədh etmək istədikdə ona muraciətlə buyurur:
اِنَّکَ لَعَلی خُلقٍ عظیم
“Həqiqətən sən gözəl və böyük əxlaqi xüsusiyyətlərə
maliksən”.
Bu, İslamın əxlaqa böyük əhəmiyyət verdiyini göstərir.
İslam, əxlaqı dindarlıq, təqva və pərhizkarlıqla
birgələşdirir və onun dörd əsas formasını göstərir:
1) İnsanların bir-birlərinə qarşı xoşniyyətli olması; 2)
cəmiyyətdə yaşayan insanlara qarşı gülərüz olmaq; 3)
insanlara, dost və ya düşmən olmasından asılı olmayaraq,
şirin və xoş dillə danışmaq; 4) nəinki insanlarla, həm də
bütün varlıqlarla xoş və mülayim rəftar etmək.
Ədəb qaydalarının isə iki möhkəm əsası olduğunu göstərir:
1) Fərdi ədəb qaydaları; yemək və içmək, geyim, yatmaq,
səfər, sağlamlıq, xəstələnmək və s. İslam bütün bunlar
haqqında ayrıca dini-faydalı göstərişlər vermışdir.
2) İctimai ədəb qaydaları; valideyn-övlad, övlad-valideyn
münasibətləri, qohumlar, müəllim-şagird münasibətləri, dost,
qonşu, ümumiyyətlə bütün insanların bir-birləri ilə
davranışı. Bu davranışlara diqqət yetirmək cəmiyyətin şən,
mehriban olmasının qarantıdır.
Əxlaqi baxımdan əməl olunması və ya tərk edilməsi zəruri
olan məsələlərə qısaca nəzər salaq:
Haram əməllər.
İslamda qadağan olunan əməllər “haram” adlandırılır.
Haram əməllər aşağıdakılardır:
1) Zülm və haqsızlıq; 2) israf; 3) başqalarını məsxərə
etmək; 4) xalqa əziyyət vermək; 5) digərlərinin sirrini
açmaq; 6) yalan; 7) ata-ananı narahat etmək; 8) xalq
əmlakını mənimsəmək; 9) zina; 10) homoseksualizm; 11)
qadının naməhrəm kişiyə və kişinin də naməhrəm qadına
baxması; 12) şərab içmək; 13) qumar oynamaq; 14) rüşvət
almaq; 15) murdar, donuz və digər haram ətləri yemək; 16)
icazəsi olmadan digərlərinin malından istifadə etmək; 17)
alverdə aldatmaq; 18) kişilər üçün qızıl ləvazimatından
istifadə; 19) sələmçilik; 20) fırıldaqlıq; 21) istimna; 22)
digərlərinin sirrini öyrənməyə can atmaq; 23) qeybət və söz
gəzdirmə; 24) (haram musiqi və səslərə) qulaq asmaq və haram
musiqilər oxumaq; 25) terror etmək; 26) oğurluq; 27)
digərlərinin pozğun əməlləri üçün şərait yaratmaq; 28)
xəyanət; 29) Qurana zidd hökm vermək; 30) digərlərinin
hüququnu pozmaq; 31) kafir və zalımlarla həmkarlıq etmək;
32) acı sözlərlə başqalarını incitmək və s.
Ədəb qaydaları.
Möminlərə zinət olan fəzilətli əməllər aşağıdakılardır:
1) İnsaf; 2) yaxşı işlərdə həmkarlıq; 3) səbir və mətinlik;
4) xalq arasında barışıq, sülh yaratmaq; 5) əməldə ixlas; 6)
Allaha təvəkkül; 7) helm və dözümlülük; 8) valideynlərə -
ata-anaya yaxşılıq; 9) ehsan vermək; 10) iffət; 11) uca
səslə salam vermək; 12) təmizlik; 13) elm öyrənmək; 14)
xalqla yaxşı, səmimi davranmaq; 15) səxavət; 16) şücaət və
qorxmazlıq; 17) sileyi-rəhm (qohumlarla əlaqə saxlamaq); 18)
heç bir işdə həddini aşmamaq; 19) yaxşı və nümunəvi əxlaq;
20) yoxsullara, kimsəsizlərə yardım göstərmək; 21)
təvazökarlıq; 22) ehtiyacı olanlara yardım etmək; 23)
digərlərinin səhvinə göz yummaq; 24) pərhizkarlıq (təqva);
25) doğru danışmaq; 26) digərlərinə ehtiramla yanaşmaq; 27)
gülərüz olmaq; 28) pis əməllərdən çəkinmək; 29) ailə qurmaq;
30) Allahın nemətlərinə qarşılığında şükür etmək.
Məkruh əməllər
İnsanı uçuruma sürükləyən bəyənilməyən (məkruh) əmələr
aşağıdakılardır:
1) İntiqam hissi; 2) təkəbbürlü olmaq; 3) sərvət toplamaq
(və dünyaya bağlılıq); 4) eqoistlik; 5) faydasız işlər
görmək; 6) faydasız sözlər danışmaq; 7) üzərinə düşən
vəzifənin icrası zamanı tənbəllik etmək; 8) qorxu; 9)
fəlakət zamanı səbirsizlik; 10) vəzifəpərəstlik; 11) əhdə
vəfa qılmamaq və ya verdiyi sözə əməl etməmək; 12)
tamahkarlıq; 13) iradəsizlik; 14) yersiz təəssübkeşlik; 15)
tərdidli olmaq; 16) kin bəsləmək; 17) tələsmək; 18) Allahı
yada salmamaq və Ona diqqətsizlik; 19) əxlaqsızlıq; 20)
daşürəkli olmaq; 21) minnət qoymaq və s.
Qeyd etdiyimiz bu əməllər hamısı müstəhəb və ya məkruh
deyil, arasında vacib və ya haram olan əməllər də mövcuddur.
Deməli, hər bir müsəlman şəxs etiqadi prinsiplərini
öyrənməklə yanaşı dinin ədəb qaydalarını da mənimsəməli və
onlara əməl etməyə çalışmalıdır. Əks təqdirdə qanadsız quşa,
təkərsiz maşına bənzəyəcəkdir. Hansı ki, hərəkət etmək
qabiliyyətindən məhrumdur. Müsəlman şəxslərin yalnız mən
müsəlmanam deyə iddia etməsi kifayət deyil. Bu zaman o,
sağlam olduğunu iddia edən xəstəyə bənzəyəcəkdir. Xəstənin
mən sağlamam deyə iddia etməsi, onun halının dəyişməsinə
səbəb olmadığı kimi, dini qayda-qanunlara əməl etməyən
müsəlmanın iddia etməsi də faydasızdır. Dünyamızı abad,
axirətimizi isə ürəkaçan etmək üçün sözümüzlə əməlimizi bir
etməliyik. |